Bakıda gecə klubunun qarşısındakı qətlin TƏFƏRRÜATI - VİDEO

Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb. Avtosfer.az-ın "Baku TV"yə istinadən məlumatına görə, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:
"Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi".
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü











