Bakıda gənc qızı bıçaqlayan qaziyə həbs cəzası verildi

Ötən ilin 3 oktyabr tarixində gecə saat 01 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Palermo" gecə klubunda gənc qızı bıçaqlayan 2000-ci il təvəllüdlü Cavanşir Əliyevə hökm oxunub. Publika.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cavanşir Əliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, Cavanşir həmin gün gecə klubuna tək gedib və orada 1995-ci il təvəllüdlü Zümrüd Əsgərova ilə tanış olaraq birgə əylənib. Daha sonra hesabı verməklə bağlı mübahisə yaranıb. Və Cavanşir bıçaq götürərək qıza hücum edib, onun bel nahiyəsinə ağır zərbə endirib.
Polis tərəfindən saxlanılan Cavanşirə cinayət işi açılıb və onun əvvəllər oğurluq etdiyi də məlum olub. Həmçinin Cavanşir Əliyevin 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması, "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunduğu məlum olub.
Məhkəmə onun növbəti dəfə cinayət törətməsi səbəbindən həbs edilməsinə qərar verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin keçən həftə çıxardığı hökmlə isə C.Əliyev altı il bir ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












