Bakıda güclü yanğın BAŞLADI - YENİLƏNİB

Hadisə 4 İyun 2026 15:30
Bakıda güclü yanğın BAŞLADI   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən obyektdə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yanğın bir-birinə bitişik dərman anbarlarında baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan yoxdur.

Qeyd olunur ki, yanğın saat 12 radələrində başlayıb.

***13:23

Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxunub : 258
ŞƏRH YAZ
Ad

E-mail

Şərh