Bakıda həbs edilən Türkiyə vətəndaşları ölkələrinə təhvil verildi

Türkiyənin hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşları, hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Bekinkayan Kıralın, qəsdən adam öldürmədə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1982-ci il təvəllüdlü Gücenmez Erdemin və narkotik vasitələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1972-ci il təvəllüdlü Talip Ağdemirin verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd olunan şəxslər cari il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən adıçəkilən şəxslər haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












