Bakıda içkili gəncdən təhlükəli hərəkətlər: Özünü yerə yıxıb söyüş söydü - VİDEO

Bakının Xətai rayonu Xudu Məmmədov küçəsində sürücülərə təhlükə yaradan şəxs görüntülənib.
Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 16-da axşam saatlarında Həzi Aslanov metrosu yaxınlığında qeydə alınıb. Videodan göründüyü kimi, avtomobil yolunda gəzən oğlan qışqıraraq xoşagəlməz hərəkətlər edib. Müvazinətini itirən gənc, hətta bir neçə dəfə yola yıxılıb və ərazidən keçən sürücülərə qəza riski yaradıb. Onlar piyadaya siqnal verərək xəbərdarlıq etsələr də faydası olmayıb. Daha sonra vətəndaşlardan biri gəncə yaxınlaşaraq onu yoldan kənarlaşdırıb.
Qeyd edək ki, görüntü sosial şəbəkədə müzakirələrə səbəb olub. Hadisə şahidinin iddiasına görə, insanlar sərxoş halda olan şəxsi yoldan uzaqlaşdırmağa dəfələrlə cəhd ediblər. Lakin gənc, ona yaxınlaşan vətəndaşlara qarşı nalayiq ifadələr işlədərək yenidən təhlükə yaratmağa davam edib.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












