Bakıda kişi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi vətəndaş tərəfindən təhdid olunub.
Bununla bağlı Birliyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.
Məlumatda bildirilir ki, sığınacaqda dörd gün qalıb çıxmış qadının keçmiş əri onlara sığınacağı yandıracağı, partladacağı, onlara faciə yaşadacağı və aparıcı Zaur Baxşəliyevi maşında güllələyəcəyi ilə bağlı təhdid mesajı göndərib.
Qeyd olunur ki, təhdid mesajlarını yazan şəxs qadından rəsmi olaraq ayrılıb və bir müddət əvvəl qadının qardaşının başına kafel vuraraq ona xəsarət yetirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.az-a bildirib ki, məsələ ilə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
“Şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












