Bakıda küçə itinə yemək verən qadın döyüldü

Bakıda qadın evinin qarşısında döyülüb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
44 yaşlı İbrahim Əhmədov evinin qarşısında bir qadının itə yemək verdiyini görərək, qadından iti dərhal oradan uzaqlaşdırmasını tələb edib:
"Həmin it qonşuda toyuq-cücələri yediyinə görə qadından tələb etdim ki, iti də götürüb uzaqlaşsın. Qadın israrla bunu etməyəcəyini dedikdə daş götürüb itə atdım. Bu zaman o, əlindəki mobil telefonla məni çəkərək “Allah bəlanı versin heyvan düşməni” dedi. Həmin vaxt evdən çıxan həyat yoldaşım təhqir olunduğumu eşidəndə mübahisə böyüdü və onlar bir-birinin saçını yolub vurmağa başladılar. Mən onları aralamaq istəyəndə gördüm ki, yerə düşən telefon qırılıb. Hirsimdən cihazı yerə çırpdım".
Nəticədə İbrahim Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (döymə) və 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə protokol tərtib olunub. Səbail rayon Məhkəməsinin qərarı ilə İbrahim Əhmədov haqqında 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












