Bakıda məktəbdə dəşhətli hadisə: şagird başından vurulub

Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Şakir Cəfərzadə dərs zamanı kəllə-beyin travması alıb. Bu barədə Şakir Cəfərzadənin nənəsi Zöhrə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, həmin vaxt müəllim sinifdə olmayıb. Şakir Cəfərzadənin sinif yoldaşı butulka ilə onun başına zərbə endirib.
"Hadisə mayın 27-si baş verib. Sistem dərsi olub. Müəllim sinifdə olmayıb. Şakirin sinif yoldaşı onun başına içi su dolu butulka ilə iki dəfə zərbə endirib. Biz bunu bir neçə gün sonra bilmişik. Şakir evə gələndə gözləri qızarmışdı. Yemək yemədi, dedi iştaham yoxdur. Uzandı yatdı və o gündən yataq xəstəsi olub. Elə bildik soyuqdəymədir. Amma sonradan məlum oldu ki, başına zərbə dəyib və travma alıb. İndi burnundan qan gəlir, yemək yeyə bilmir, nə yeyir qaytarır. Tez-tez təzyiqi qalxır", deyə Zöhrə Dadaşova bildirib.
Şakir Cəfərzadənin nənəsi və anası baş vermiş hadisəyə görə məktəb rəhbərliyini ittiham edirlər.
"Müəllim dərsdə olmayıb. Bundan başqa, uşaq dərsə getmir. Maraqlanan yoxdur ki, bu uşaq haradadır. Bəlkə elə mən dərsə göndərirəm, o getmir. Bir soruşsunlar da, sizin uşağa nə olub, niyə dərsə gəlmir?" - Şakir Cəfərzadənin nənəsi bildirib.
Şagirdin anası isə qeyd edib ki, onun övladını müalicə etdirməyə imkanı yoxdur:
"Özüm onkoloji xəstəyəm. Yoldaşımdan ayrılmışam. Xəstə ola-ola işləmək məcburiyyətindəyəm. Amma aldığım maaş heç dolanışığımıza yetmir. Ona görə də bu hadisəni törədən, bu hadisədə günahkar olanlar zəhmət çəkib balamı sağaltsınlar".
Məsələ ilə əlaqədar 262 saylı orta məktəblə əlaqə saxlanılıb. Oradan isə rəhbərliyin iclasda olduğu bildirilib. Sonrakı zənglərə isə cavab verilməyib. (Qaynarinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












