Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakının Nizami və Suraxanı rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nizami rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 1000 manatının talanmasını bildirib. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E.Musayev müəyyən edilərək saxlanılıb. Suraxanı rayonunda isə evlərin birindən 1000 manat talamaqda şübhəli bilinən paytaxt sakini 29 yaşlı M.Abdullayev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












