Bakıda qadın övladını təhqir edən kişini bıçaqladı

Bakının Xəzər rayonunda 2002-ci il təvəllüdlü Sevil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Orxana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Sevil fərdi yaşayış evində aralarında yaranan münaqişə zamanı qəsdən əlində olan mətbəx bıçağı ilə Orxanın döş qəfəsinə vurub.
Hadisəni törədən Sevilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, hadisə günü, gecə saat 01:00-da Orxan ona mobil telefon vasitəsilə bir neçə dəfə zəng edərək onu və 2021-ci il təvəllüdlü övladını təhqir edib:
"Bundan sonra evdə olan mətbəx bıçağını götürərək Orxanın yaşadığı evə getdim. Onu bıçaqla qorxutmaq niyyətim olub. Həmin ünvana getdikdən sonra aramızda sözlə mübahisə yarandı. Bundan sonra əlimdə olan mətbəx bıçağı ilə Orxanın sol döş qəfəsi nahiyəsindən bir dəfə bıçaqla xəsarət yetirdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, xəsarət yetirdikdən sonra Orxanı yatağın üzərinə yatırıb və su verib:
"Daha sonra təcili tibbi yardıma müraciət etdim. Təcili tibbi yardım Orxanı xəstəxanaya aparmağı təklif etsə də, bundan imtina edib. Təcili tibbi yardım çıxıb getdikdən sonra bayıra çıxdı, energetik içki almağa gedəcəyini bildirdi. Bunu eşitdikdən sonra onun vəziyyətinin yaxşı olduğunu güman etdim və yaşadığım evə getdim".
İş üzrə zərərçəkmiş Orxanın sözlərinə görə, Sevil onu bıçaqla vurub, lakin ona ciddi xəsarət yetirməyib:
"Sevil tibbi yardım çağırdı. Həkimlər müayinə etdikləri vaxtı o, məni bıçaqla vurduğunu dedi. Buna görə də həkimlər Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdilər".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sevilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib
Piyada keçidi ola-ola azyaşlı ilə avtomobillərin önünə atıldı - VİDEO
Bakıda xarici narkotacirlərə xidmət edən sürücülər belə saxlanıldı - Əməliyyat görüntüləri - VİDEO
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ










