Bakıda qətldə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, M.Əmirovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Murad Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsində evdə qeydə alınıb.
1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












