Bakıda qəza: Aşan avtomobildə xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

"Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti stabildir".
Bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O, qeyd edib ki, yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyəti stabil olduğundan ambulator müalicə üçün evə buraxılıb. (oxu.az)
08:26
Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.
Mehdi Mehdiyev idarəetməsində olan "Toyota Prius" markalı maşında olarkən telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb.
Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sürücü bildirib ki, telefonda naviqator proqramına baxarkən diqqəti yayınaraq qəza törədib.
Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












