Bakıda sifarişlə qurdurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakıda sifarişlə qurdurluq etməkdə təqsirləndirilən Cavad Allahverdiyev, sifarişçi Rəfael Tağızadə və Fariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq hər üç şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Nərimanov rayonunda baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61 500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı Fariz Məmmədovun iştirakı ilə və digər tanıdığı - əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxslərin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.
Faktla bağlı cinayət işi açılıb. Cavad Allahverdiyev, Rəfael Tağızadə və Fariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (Quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












