Bakıda silahlı insident: ölən var

Bakının Xəzər rayonunda silahlı insident nəticəsində bir nəfərin ölümü ilə bağlı daha bir şəxs məsuliyyətə cəlb edilib. Demokrat.az-ın məlumatına görə, həbs edilən Seymur Adil oğlu Xudaverdiyevdir.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində baş verib. 53 yaşlı Cavanşir Ruhulla oğlu Abdullayev "Revolver" markalı tapança ilə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Cabir oğlu Xudaverdiyev saxlanılıb. O, polisə gələrək təslim olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Pərviz Xudaverdiyev və onun qohumu Seymur Xudaverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 3-nə təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












