Bakıda şirkət ofisində qadınlar arasında dava - Ərinin sevgilisini döydü

Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına hökm oxunub.
Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1984-cü ildə Bakı şəhərində anadan olmuş M.N. adlı qadın Bakıda fəaliyyət göstərən şirkətlərin birinin ofisində A.N. adlı qadını döydüyü üçün saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb.
M.N.-in A.N.-i qısqanclıq səbəbindən döyməsi məlum olub. Belə ki, M.N.-in Elnur adlı həyat yoldaşı ilə A.N. arasında sevgi münasibəti olub.
Qadın onların münasibətlərini yekunlaşdırmaq üçün bıçaq götürərək şirkətə gedib. Onlar arasında əvvəlcə mübahisə olub və daha sonra M.N. əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq, ona xəsarət yetirib. Nəticədə zərərçəkmişin sağlamlığına yüngül zərər dəyib.
İddia olunur ki, dava məşhur iş adamı Aqibət Məmmədovun rəhbərlik etdiyi şirkətdə baş verib. Təqsirləndirilən şəxs A.N.-i ərindən ayırmaq üçün əvvəlcə iş adamı Aqibət Məmmədovun kabinetinə şikayətə gedib. Orada N.B. adlı bir xanım onu içəri daxil olmağa qoymayıb. Bundan sonra hadisə baş verib.
Təqsirləndirilən şəxs məhkəmədə A.N.-ə xəsarət yetirmədiyini deyib. Sonuncu isə 2022-ci ildən M.N.-in həyat yoldaşı ilə münasibətlərini yekunlaşdırdığını bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən qadın Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1000 manat cərimə cəzası təyin edilib. M.N., həmçinin mənəvi zərərə görə A.N.-ə 638 manat təzminat ödəyəcək.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












