Bakıda skuter sürən xanımı maşın vurdu - VİDEO - YENİLƏNİB

"Bakıda Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı bir nəfər qapalı kəllə-beyin travması alıb".
Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23 oktyabr, saat 21:30-da Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan şəxs (qadın cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - deyə məlumatda bildirilir.
***
Bu gecə Bakı şəhərində skuter sürən xanımı maşın vurub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) sorğu ünvanladıq.
İdarənin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli açıqlamasında faktı təsdiqləyib.
"Hadisə gecə saat 22:00-da Mehdi Mehdizadə və Yusif Səfərov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Ceyhun Firəddin oğlu Məmmədov idarə etdiyi BYD markalı, 77-SR-823 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə skuter sürən xanımı vurub. Hadisə nəticəsində skuter sürən Lətifə Anar qızı Əmrahova xəsarət alıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO












