Bakıda zibil yeşikləri yandı; 4 avtomobil bu hala düşdü - FOTO

Hadisə 2 İyul 2026 09:24
Bakıda zibil yeşikləri yandı; 4 avtomobil bu hala düşdü - FOTO
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sanunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu,  yaxınlıqda park edilmiş “AUDİ” markalı minik avtomobilinin arxa yük hissəsi, “NİSSAN” və “FORD” markalı minik avtomobillərinin arxa bamperi, “FORD” markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

***

Jurnalist Anar Məmmədov hadisə yerindən fotolar paylaşıb. O bildirib ki, hadisə AKKORD tikinti şirkətinə məxsus “Uğur-2” yaşayış kompleksinin həyətində baş verib.

 






 

FOTO QALEREYA
Oxunub : 456
ŞƏRH YAZ
Ad

E-mail

Şərh