Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO

Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu layihəsi üzrə ümumi icra faizi 86% təşkil edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14.1 kilometr olan Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26.5 metrədək dəyişir.
Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.
Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.
Bildirilib ki, Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi










