Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında - FOTOLAR

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib.
Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.
Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.
Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.
Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.











Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı










