Bakıda yeni ticarət mərkəzinin qarşısında təhlükəli vəziyyət - FOTO

Bir neçə gün öncə Bakının Neftçilər prospektində yeni ticarət mərkəzi "Crescent Mall"un istifadəyə verilməsi ilə ərazidə piyadalar üçün təhlükəli vəziyyətin yaranması barədə müzakirələr aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və şəkillər yayılıb.
Fotolardan da görünür ki, piyadalar, hətta yanlarında azyaşlı olsa belə, həyatlarını təhlükəyə ataraq yüksək sürət həddi təyin edilmiş yoldan keçirlər.
Əksər sosial şəbəkə istifadəçiləri ərazidə piyada keçidlərinin təşkilini, işıqfor quraşdırılmasının vacibliyini qeyd edirlər.
Maraqlıdır ki, ərazidə yeraltı piyada keçidi olsa da, vətəndaşlar oradan istifadə etmirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda sözügedən keçid istifadəyə yararlıdır: "İnsanlar oradan istifadə edirlər. Keçiddə eskalatorlar da işləyir. Ümumiyyətlə, keçid elə yerdədir ki, piyadalar onu görməyə bilməz".
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












