Bankomatlardan pul oğurlayan şəxslər saxlanıldı

Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, mayın 23-də metro stansiyalarından birinin ərazisində yerləşən bankomatda paytaxt sakini olan bir şəxsin bank kartından 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı qadın Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə mayın 26-da Binə qəsəbəsi ərazisində yerləşən bankomatda bir şəxsin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən Məhəmməd Əliyev saxlanılıb. Onun mayın 19-da qəsəbə ərazisində digər bir şəxsin bank kartından 200 manatını oğurlaması da müəyyən olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən vətəndaşların kibermaarifləndirilməsi məqsədilə respublika ərazisində bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr asılır, sakinlərə broşürlər paylanılır, onlarla maarifləndirici söhbətlər aparılır.
Vətəndaşlara heç bir halda bank və digər şəxsi məlumatlarını qarşı tərəfə ötürməmələri, kiberdələduzların qurbanına çevrilməmələri üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamaları barədə izahlar verilir.
Bir daha hər kəsi diqqətli olmağa çağırır və bu cür hallarla üzləşdikləri təqdirdə dərhal polisə məlumat vermələrini tövsiyə edirik.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












