Baş həkimin oğlu - həbsxanada öldürülənlər kimdirlər? - FOTO

Bu gün səhər Rostovdakı 1 saylı istintaq təcridxanasında(“Ростовского централ”kimi məşhurdur) olan 6 nəfər kamerada barmaqlıqları sındıraraq təcridxananın növbətçi otağına daxil olublar. Onlardan üçü- Şamil Akiyev, Tamerlan Gireev və Azamat Tsitskiev 2023-cü ilin dekabrında İŞİD qruplaşmasında iştirak və terror aktı hazırlamaqda günahlandırılaraq müvafiq olaraq 18, 18 və 18,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Məlumdur ki, onlar PUA istehsalı üçün komponentlər alıb, onu yığıblar, həmçinin iki Makarov tapançası və bir Kalaşnikov avtomatı alıblar. Onlar Qaraçay-Çərkəz Respublikasında terror aktı hazırlamaqda, Ali Məhkəmənin binasına hücum planlaşdırmaqda ittiham ediliblər.
Avtosfer.az xəbər verir ki, onlar təcridxanasında girov götürənlərlə video çəkiblər və təhlükəsizlik qüvvələrinin qarşısında şərtlər qoyublar. Girovlardan biri Rostov vilayəti üzrə Federal Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi Aleksandr Boqma və növbətçi növbənin kiçik inspektoru Viktor Koçakov olub.
![]()
Musavat.com-un xəbərinə görə, hüquq-mühafizə orqanları ilə danışıqlar zamanı terrorçular avtomobil və “yaşıl dəhliz” verilməsi tələb ediblər. Cinayətkarlar girovları özləri ilə aparmaq niyyətində olduqlarını deyiblər. Çəkdikləri videoda bəyan ediblər ki, onlar yenidən həbs edilməyə yox, ölməyə hazırdılar.
Bir neçə saat sonra təcridxanın ərazisində atışma səsləri eşidilib. Bəlli olub ki, girovların azad edilməsi üçün aparılan danışıqlar nəticəsiz qalıb və xüsusi təyinatlılara istintaq təcridxanasının binasına hücum etmək əmri verilib. Altı cinayətkarın hamısı məhv edilib. Hücumda Rusiya Qvardiyasının və xüsusi xidmət orqanlarının əməkdaşları iştirak ediblər. Hücum cəmi üç dəqiqə davam etdi. İlkin məlumata görə, girovlardan biri yüngül bıçaq xəsarəti alıb. O, artıq lazımi tibbi yardım alıb, işçinin həyatı təhlükədə deyil. Təhlükəsizlik rəsmilərindən biri “onların hamısı zibil qabının yanında gəbərdilər" deyib...
Musavat.com Rusiya mediasına istinadən onu da xəbər verir ki, təcridxanadan qaçmaq istəyərkən öldürülənlərdən biri Həştərxan vilayətində anadan olmuş Malik Qandaloyev olub. Onun atası da həkimdir, Açaluk Rayon Xəstəxanasının baş həkimi də olub. Gənci tanıyanların dediyinə görə, oğlan universitetdə tibb sahəsinə maraq göstərsə də, sonradan radikal İslamla maraqlanmağa başlayıb. Digərləri kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları da Qandaloyevi terror aktına hazırlaşarkən saxlayıblar.
![]()
“SHOT” Teleqram kanalının məlumatına görə, Rusiya Federal Penitensiar Xidmət məhbusların telefonlarını, bıçaqlarını və hətta qadağan olunmuş İŞİD-in bayraqlarını haradan aldıqlarını müəyyən etmək üçün 1 saylı İstintaq Təcridxanada yoxlamalara başlayıblar.
Qeyd edilir ki, Rusiyanın cəzaçəkmə yerlərində şəraitin ağır olduğu yerlərdən biri də hadisənin baş verdiyi təcridxanadır. Rusiyalı hüquq müdafiəçiləri bildirirlər ki, hətta İctimai Nəzarət Komissiyasının üzvləri də Rostov şəhərinin “cəbhə xəttində statusu” səbəbindən bu istintaq təcridxanasına buraxmırlar.
Hökməlidə avtoyuma məntəqəsində "BMW" yandı - VİDEO
Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – FOTO
Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib - FOTO - VİDEO
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO - VİDEO
Bakıda piyadadan ağlasığmaz hərəkət – Yolda uzanıb pul istədi - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO










