Batan gəminin ekipaj üzvlərinin axtarışları davam edir

Ötən il noyabrın 19-da Qara dənizdə batan “Kafkametler” gəmisinin ekipaj üzvlərindən itkin düşən yeddi nəfərin axtarışları davam edir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Zonquldak Valiliyi açıqlama yayıb.
Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmidəki 12 nəfərlik heyət üzvlərindən sadəcə beşinin cəsədi tapılıb. Ətraflı araşdırmalara baxmayaraq, digər gəmiçilərlə bağlı hansısa məlumat əldə etmək mümkün olmayıb. Heyət üzvlərinin axtarışları aidiyyəti qurumlar tərəfindən davam etdirilir.
Xatırladaq ki, Rusiyadan İzmir vilayətinin Əliağa Limanına yük daşıyan gəmi noyabrın 19-da Qara dənizdə baş verən fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilmədiyindən yenidən hərəkət edib və qısa müddətdən sonra gəmi ilə əlaqə kəsilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












