Bayram günü iki nəfəri qanına qəltan edən şəxsin məhkəməsi: "Anasını vurduğu üçün irad tutdu"

Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işində növbəti məhkəmə prosesi baş tutub.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərmin Məmmədova dindirilib.
O, təqsirləndirilən şəxsin kafesində qabyuyan işlədiyini bildirib:
"Həmin gün təqsirləndirilən şəxs olan Arif Bəhərçiyev çoxlu spirtli içki qəbul etmişdi, sərxoş halda idi. Ümumiyyətlə həmin gün 31 dekabr - Yeni il bayramına təsadüf etdiyindən müştərilərimiz çox idi. Həmin gün Arifin atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin daxilinə çağıranda anası özünü eşitməməzliyə qoydu. Birdən Ariflə anası arasında dava düşdü. Arif əsas zala keçdi, ardınca isə kababçımız Namiq zala daxil oldu. Onlar arasında baş verən davanın şahidi oldum. Namiq Arifə irad tutdu ki, niyə ananı vurmusan, onu söymüsən? Arifin bıçaq götürdüyünü gördüm. Namiqin üstünə hücum etdi, Ramil adlı daimi müştərimiz də onları aralamaq istədi. Arif Namiqin qarnına bıçaq vurdu. Namiq hər iki əli ilə qarnını tutub uzaqlaşmaq istədi. Ardınca da onları aralamaq istəyən Ramili də vurdu".
Daha sonra hakim iş üzrə dindirilməli olan şahidlərin məhkəməyə gəlməsinin vacibliyini vurğulayıb.
Bu səbəbdən məhkəmənin növbəti iclası oktyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev iaşə obyektlərindən birində aralarında yaranmış mübahisə zamanı 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovu öldürməkdə təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəzçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var
Tiktoker sürücü qırmızı işıqda maşından düşüb hoqqa verdi - VİDEO
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO










