Bazar rəhbərliyi cəzalandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlişov Elman Şükür oğluna məxsus “20 saylı bazar”da plandankənar yoxlama keçirib.
Avtosfer.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Baxış zamanı bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, mənşəyi məlum olmayan və üzərində etiket məlumatları qeyd edilməyən bir sıra qida məhsullarının (yumurta, konservləşdirilmiş turşular, ət və s.) satışa çıxarıldığı, ət məhsullarının açıq halda saxlandığı və temperatur rejiminə əməl olunmadığı, ətin müvafiq baytarlıq arayışı, konservləşdirilmiş turşuların müşayiətedici sənədləri, meyvə-tərəvəz məhsullarının idxal sağlamlıq aktı və ya daxili karantin sertifikatı ilə müşayiət olunmadan satışının həyata keçirildiyi, müxtəlif mal qruplarının satışı üçün xüsusi şərait yaradılmış sahələrin ayrılmadığı, qida məhsullarının, əllərin, alət və ləvazimatların yuyulması üçün yetərli sayda yuma çanağının təşkil olunmadığı və axar isti su sisteminin təchiz edilmədiyi, satış sahəsində döşəmə və tavanın tamlığının pozulduğu, piştaxtaların asan yuyulub-təmizlənə bilən, suya, korroziyaya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, bazarda çalışan şəxslərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Satışa təqdim edilən ət və konservləşdirilmiş turşu məhsullarından nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










