Bərdədə tullantıların yandırılması ilə bağlı vəzifəli şəxs cərimələndi

Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, idarənin rəisi Oqtay Şahmurov bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib. “Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə “Ekoloji tələb” verilib. Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












