Beş məhbusun barmaqları kəsiləcək - Məhkəmə qərarı

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindəki həbsxanada beş məhbusun əl barmaqları kəsiləcək.
Avtosfer.az xəbər verir ki, məlumatı “Azad İran” Telegram kanalı yayıb.
Bildirilib ki, Beynəlxalq Əfv Təşkilatının Qərbi Azərbaycan əyalətinin Urmiya şəhər zindanında əl barmaqlarının kəsilməsi cəzası alan beş məhbusla bağlı bəyanatında İran hakimiyyətindən məhkumlar barəsində çıxarılan hökmünün ləğv etməsi tələb olunub.
Təşkilat beynəlxalq ictimaiyyətdən məhkumların bədən üzvlərinin kəsilməsi cəzasının dayandırılması üçün Tehrana təzyiqlər etməsini istəyib:
“Bu amputasiyalar, xüsusilə İran hakimiyyətinin insan haqları və ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və cinayət sayılır”.
Bir neçə gün əvvəl Urmiya həbsxanasında oğurluqda günahlandırılan Şəhab və Mehrdad Teymuri qardaşlarının sağ əllərinin 4 barmağı kəsilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












