Beş ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə ekstradisiya edib

Gürcüstan, Almaniya, Albaniya, Xorvatiya və İran səlahiyyətliləri İnterpolun qırmızı bülleteni ilə axtarışda olan ümumilikdə altı nəfəri, həmçinin yerli axtarışda olan iki Türkiyə vətəndaşını Türkiyəyə ekstradisiya edib. Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bazar günü sosial şəbəkədəki paylaşımında bildirib.
Nazir qeyd edib ki, cinayətkarların əksəriyyəti Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Ankaraya təhvil verilib.
Türkiyəyə gətirilən şəxslər fiziki zərərvurma, banditizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, maliyyə cinayətləri və digər cinayətlərdə ittiham olunaraq axtarışa verilib.
A.Yerlikaya axtarışda olan şəxslərin təhvil verilməsinin təşkilində iştirakına görə Türkiyə Ədliyyə Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












