Bəyannamələrdə saxtakarlıq, yüz minlərlə manatlıq vergi borcu - 3 il həbs

Tərtərdə fəaliyyət göstərən sahibkar, külli miqdarda vergi ödəməkdən yayınan cəzalandırılıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Nəcəf Cəfərov (şərti) 2018-2019-cu illər ərzində Tərtər rayonunun Xoruzlu kəndində günəbaxan tumu, texniki yağ, şilot və suxari istehsalı, qablaşdırılması və satışı ilə məşğul olub. Araşdırmalar zamanı onun vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə gəlirləri qəsdən az göstərdiyi, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etmədiyi üzə çıxıb.
İttihama əsasən, sahibkar faktiki dövriyyəsini gizlədərək həm sadələşdirilmiş vergi, həm gəlir vergisi, həm də əlavə dəyər vergisi (ƏDV) üzrə dövlət büdcəsinə ödənilməli olan vəsaitləri ödəməkdən yayınıb. Cinayət işi üzrə hesablamalara görə, o, 2018-ci ilin yanvar-may aylarında dövriyyəsini faktiki göstəricilərdən xeyli aşağı bəyan edib. Bundan başqa, günəbaxan tumu və texniki yağ satışından əldə etdiyi yüz minlərlə manat gəlirə görə müvafiq vergi öhdəliklərini yerinə yetirməyib.
İstintaq materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək olan dövr ərzində ƏDV bəyannamələrini təqdim etməyərək, ümumilikdə 197 min manatdan çox ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınıb.
İttiham tərəfinin hesablamalarına görə, dövlət büdcəsinə vurulan ümumi zərər 227 min 987 manat 60 qəpik təşkil edib.
Lakin Tərtər Rayon Məhkəməsi fərqli nəticəyə gələrək, təqsirləndirilən şəxsin dövlət büdcəsinə ödəməkdən yayındığı vergi məbləğinin 59 min 345 manat 95 qəpik olduğunu müəyyən edib. Məhkəmənin hökmü ilə Nəcəf Cəfərova hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Bu qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, mülki iddiaçı isə apellyasiya şikayəti verib. Onlar hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində daha ağır hüquqi qiymət verilməsini tələb ediblər.
Apellyasiya instansiyası dövlət ittihamçısının protestini təmin edib, mülki iddiaçının şikayətini isə qismən təmin edib. Nəticədə Tərtər Rayon Məhkəməsinin hökmü ləğv olunaraq yeni hökm çıxarılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergiləri ödəməkdən yayınma) ilə təqsirli bilinib. Ona 1 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO
Avtobus piyadanı vurub ÖLDÜRDÜ
"Bunu insanlara satırlar" - "Azza"dan şikayət - VİDEO
Bakıda avtomobildən oğurluq anı kameraya düşdü - VİDEO
Sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
Paytaxtda yol çökdü: Tıxacda qalan sürücülər çətin anlar yaşadılar - VİDEO
Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO
Almaniyada dərinləşən skuter problemi










