Beyləqanda ot bağlaması daşıyan "KamAz"ın qoşqusu yandı - FOTO

Beyləqan rayonunda ot yükü ilə dolu olan "KamAz" markalı yük maşınının qoşqusu yüksəkgərginlikli ekektrik naqilinə toxunub və yanğın baş verib. Sürücü təhlükənin qarşısını almaq məqsədi ilə qoşqunu su kanalına aşırıb.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Beyləqanın Dünyamalılar kəndi ərazisində qeydə alınıb. "KamAz" hərəkətdə olarkən qoşqusundakı ot bağlamaları yüksəkgərginlikli elektrik naqilinə toxunub və yanğın baş verib. Yanan ot bağlamalarının bir hissəsi kənddaxili yola dağılıb. “KamAz”ın sürücüsü qoşqunu su kanalına aşırıb.
Hadisə yerinə Beyləqan rayon Yanğından Mühafizə Xidmətinin texnika və canll qüvvəsi cəlb edilib. Alov söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində 300-dən çox ot bağlaması yanıb və kəndin elektrik verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
(AZƏRTAC)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
















