Biçilmiş ot üstündə qardaşını yaba ilə vuran şəxsə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Səftər Babayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 24 may 2023-cü il tarixində saat 13 radələrində Cəlilabad rayonu Edişə kəndində qeydə alınıb.
Belə ki, Səftər Babayev qardaşı, zərərçəkmiş Şaiq Babayevlə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində mübahisə edib. Mübahisəyə səbəb isə təqsirləndirilən qardaşına məxsus biçilmiş otu icazəsiz olaraq yığıb aparması olub. Buna görə Şaiq Səftərə irad tutub. Sonra Səftər yaba ilə qəsdən zərərçəkmiş şəxsin baş və sol bud nahiyəsinə zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ alın-gicgah nahiyəsində əzilmiş yara ilə nəticələnən bədən xəsarətləri yetirib.
Hadisədən sonra Səftər Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
(pravda)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












