Bilgəhdə çimərliyə gedən yola "darvaza" qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Sözügedən ərazi sanatoriyaya aiddir.
Avtosfer.az xəbər verir ki, bu barədə Sabunçu Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ərazi sanatoriyaya aid olduğu üçün müdaxilə etmək mümkün deyil.
***
"Çimərliyə girişə iki yerdə şlaqbaum qoyaraq insanların istirahət hüquqlarını pozurlar".
Avtosfer.az xəbər verir ki, bu iddianı vətəndaş sosial şəbəkədə paylaşdığı videoda irəli sürüb.
Onun sözlərinə görə, söhbət Bilgəhdə yerləşən sanatoriyanın həyətindən gedir:
"Burada iki şlaqbaum qoyublar və insanların çimərliyə getməsinə maneçilik törədirlər. Şlaqbaumların hər birində bir qiymət qoyublar, 5 manat ödəməlisən ki, dəniz tərəfə keçəsən. Camaatın haqqına girirlər. İlk qapıda 2 manat vermişik, burada da pul istəyirlər".
Məsələ ilə bağlı Bilgəhdə yerləşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin "Bilgəh" kardioloji sanatoriyası ilə əlaqə saxlayıb, iddiaların həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışdıq.
Lakin səhifələrində yerləşdirilən əlaqə nömrəsinə cavab verən xanım sualımızı eşidən kimi bizi başqa nömrəyə yönləndirdi. Bildirdi ki, sualımıza direktor köməkçisi Məlahət adlı xanım cavab verə bilər. Lakin qeyd etdiyi telefon nömrəsinə cavab verən tapılmadı. Maraqlısı isə budur ki, yenidən ilk nömrə ilə əlaqə saxlasaq da, dəstəyi qaldıran olmadı.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












