Binəqədidəki bu küçədə qazılan yol sürücülərə təhlükə yaradır - VİDEO

Bakıda bu yolda yaranan vəziyyət vətəndaşların ciddi narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, təlimçi Arzu Babazadə redaksiyamıza göndərdiyi videoda paytaxtın Binəqədi rayonundakı küçədə qazıntı işlərinin aparılmasının sürücülərə yaratdığı çətinlikdən danışıb.
Təlimçi bildirir ki, Abay Kunanbayev küçəsində yerləşən “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında yolun hər iki tərəfində elektrikli avtobusların istifadəsinə verilməsi üçün enerji doldurma məntəqələri quraşdırılır. Bu məqsədlə avtomobil yolunda qazıntı işləri aprılıb. Lakin yoldan aparılan yeraltı xətlərin çəkilişi başa çatdıqdan sonra açılan çuxur doldurulmayıb.
Arzu Babazadə deyib ki, onun sürdüyü avtomobilin ban növü “offroad” olsa da yenə də həmin hissədən keçərkən ehtiyatlı tərpənməyə məcburdur. Sedan avtomobillər üçün isə tam təhlükəli vəziyyət yaranıb. Təlimçi aidiyyəti qurumların yaranmış problemi təcili nəzarətə götürərək həll etmələrini xahiş edib.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












