Bir manat xərcləmədən 46 manat ələ keçirmişdi; saxlanıldı - DİN-dən AÇIQLAMA - VİDEO

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, paytaxtın Sabunçu rayonunda yerləşən mağazaların birində satıcının fikrini yayındıraraq onun pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı V.Hətəmova müəyyən olunaraq ərazi üzrə polis orqanına gətirilib. Onun digər analoji cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.
***
23.09.2025, 23:15
***
Bakının Sabunçu rayonunda yerləşən mağazalardan birində qeyri-adi dələduzluq hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Muxtar Fətəliyev küçəsi 46 ünvanında yerləşən mağazada qeydə alınıb.
Belə ki, naməlum şəxs əvvəlcə satıcıya 100 manat təqdim edir, daha sonra isə həmin pulu geri qaytararaq bunun əvəzinə 50 manat verəcəyini bildirir. Pul dəyişdirilməsi ilə bağlı çaşqınlıq yaratdıqdan sonra həm 4 manatlıq məhsul götürür, həm də 50 manata qalıq pul alır.
Satıcının dediyinə əsasən, bu üsulla bir neçə dəfə mağazaları aldadan şəxsin saxlanılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












