"BMW" markalı avtomobil partladıldı - Rusiya MN-nin general-mayoru öldü - VİDEO
Hadisə
9 İyun 2026 22:39

Bu səhər Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub. Bildirilir ki, general sözügedən avtomobili 2024-cü ildə Vladimir vilayətində yaşayan bir iş adamından alıb. Rusiya mediasının məlumatına əsasən, Dəmir Davıdov Ukraynada müharibə başlayandan sonra dəfələrlə Luqansk vilayətinə səfər edib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxunub : 910
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 15:11
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
28 Noyabr 2026 13:00
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
27 Noyabr 2026 18:54
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
27 Noyabr 2026 18:49
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
27 Noyabr 2026 09:23
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
26 Noyabr 2026 18:20
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
26 Noyabr 2026 18:00
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
26 Noyabr 2026 15:00
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
26 Noyabr 2026 11:50
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
25 Noyabr 2026 19:00
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
25 Noyabr 2026 18:00
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
25 Noyabr 2026 17:24
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
ŞƏRH YAZ











