"Boeing" qəzada həlak olan şəxsə görə 28 milyon dollardan çox təzminat ödəyəcək

Çikaqo federal məhkəməsinin andlılar məhkəməsi "Boeing" şirkətinin öhdəsinə 2019-cu ildə Efiopiyada "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş BMT əməkdaşı Şikha Qarjın ailəsinə 28 milyon dollardan çox təzminat ödəmək öhdəliyi qoyub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
BMT-nin ətraf mühitin mühafizəsi üzrə əməkdaşı olan Şikha Qarjın ailəsi faizlər nəzərə alınmaqla, 35.85 milyon dollar alacaq.
İddiaçılar bildiriblər ki, "737 MAX" təyyarəsi qüsurla layihələndirilib və "Boeing" sərnişinləri və ictimaiyyəti təyyarənin təhlükəli olması barəsində məlumatlandırmayıb.
Bildirilir ki, "Boeing" apellyasiya şikayəti verməyəcək.
"Ethiopian Airlines" şirkətinin 302 nömrəli reysi ilə Əddis-Əbəbədən (Efiopiya) Nayrobiyə (Keniya) uçan təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Bundan beş ay əvvəl isə "Lion Air" şirkətinə məxsus təyyarə İndoneziya yaxınlığında Yava dənizinə düşüb. Bu qəzalarda 346 nəfər həlak olub. Özü də hər iki qəza avtomatlaşdırılmış uçuş idarəetmə sistemi səbəbindən baş verib.
Bu, hər iki təyyarə qəzasından sonra açılan onlarca məhkəmə işindən birincisidir. Agentliyin məlumatına görə, şirkət qəzalarla bağlı məhkəmə iddialarının 90%-dən çoxunu milyardlarla dollar təzminat ödəməklə həll edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












