Bölmənin qarşısında ölən şəxslə bağlı - Rəsmi açıqlama

Bəzi sosial media səhifələrində iyunun 14-də gecə saatlarında Sumqayıtda şəhər sakini 37 yaşlı Elvin İsgəndərovun polis bölməsində xəsarətlərdən ölməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, Sumqayıt şəhərində kafelərin birində sərxoş vəziyyətdə bir neçə şəxs arasında münaqişə olması ilə bağlı daxil olan məlumat üzrə saat 23:30 radələrində polis əməkdaşları həmin ünvana yaxınlaşıblar.
Tərəflər arasında yaranan gərginlik aradan qaldırıldıqdan sonra onlar bölməyə dəvət ediliblər. Onlardan E.İsgəndərov bölmənin qarşısında, dayandığı yerdə qəfil müvazinətini itirərək yerə yıxılıb. Hadisə bir neçə nəfərin, qohumlarının, dostlarının, qardaşların yanında və müşahidə kamerasının altında baş verib. Təcili tibbi yardım dəvət olunmasına baxmayaraq, E.İsgəndərov vəfat edib. Həkim rəyinə əsasən onun ölümünə səbəb qaraciyər serrozu və ürək tutması olub.
Qeyd olunanları nəzərə alaraq vətəndaşın ölümündə hər hansı kənar müdaxilə olması iddiaları əsassızdır.
Hazırda ölüm faktı aidiyyəti üzrə araşdırılır, kamera görüntüləri də araşdırmaya təqdim edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












