Boşanmaq istəyən arvadına xəsarət yetirən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda ondan boşanmaq istəyən arvadına xəsarət yetirməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və Heydər Nadirova 2 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından həbs edilib.
Qeyd edək ki, hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib. Qadın ərindən bıçaqlanma hadisəsindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib. Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə "yox" cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib. Bundan qəzəblənən Heydər əlindəki dəmir parçası ilə Jaləyə qarın nahiyəsindən xəsarət yetirib.
(pravda.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












