Bu dönərxanalarda qayda pozuntuları aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyi Şəki və Zaqatalada fəaliyyət göstərən dönərxanalarda reydlər keçirib. Bəzi müəssisələrdə nöqsanlar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, reyd zamanı Şəki və Zaqatalada dönər satışı həyata keçirilən qida obyektlərində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına, həmçinin dönərin hazırlanmasında istifadə olunan ətin baytarlıq-sanitariya müşayiətedici sənədlərinin olmamasına dair uyğunsuzluqlar müəyyən edilib.
Uyğunsuzluqlar aşkar edilən dönərxanalara xəbərdarlıq edilib, fəaliyyətlərini günün tələblərinə uyğun qurmaları barədə bildiriş verilib. Əks halda daha ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılıb.
Agentlik rəsmisi vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə dəvət edir.
Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdiriləcək.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












