Bu dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Heydər Əliyev prospekti, 3B ünvanında fəaliyyət göstərən "Şah dönər", Nəriman Nərimanov prospekti, bina 33 ünvanında fəaliyyət göstərən "Mustafa dönər" və "Sultan dönər" ictimai iaşə müəssisələrində yoxlamalar aparıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamalar zamanı dönərxanalarda qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Dönər ətlərinin emalı üçün xüsusi sahənin ayrılmadığı, temperatur rejiminə əməl olunmadığı, işçilər üçün ayrıca əl yuma çanaqlarının təşkil edilmədiyi, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərlikləri barəsində inzibati qaydada tədbir görülüb, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.




Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












