Bu mağaza məhsulların yararlılıq müddətini saxtalaşdırırmış - FOTOLAR

Bakıda mağaza məhsulların yararlılıq müddətini saxtalaşdırırmış.
AQTA-dan Avtosfer.az-a bildirilib ki, tədbirlər çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 70, 72 m. blok 7 ünvanında fəaliyyət göstərən “Unityfood LTD” MMC-yə məxsus ticarət obyektində, eləcə də ticarət obyektinin anbarında Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı idxalçı müəssisənin qida məhsulları üzərində bəyan edilən yararlılıq müddətini saxtalaşdırdığı müəyyən edilib.
Belə ki, yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixlər silinərək, bəzi qablaşdırmalarda isə həmin hissənin kəsilib götürülərək üzərinə yeni istehsal tarixi və yararlılıq müddəti qeyd olunan stikerlərin yapışdırıldığı və ya xüsusi avadanlıqla yeni tarix qeyd olunaraq satışa təqdim edildiyi məlum olub.
Aşkar saxtalaşdırma əlamətləri olan məhsul partiyalarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək və hazırda fakt üzrə yoxlama prosesi davam etdirilir.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












