Bu məşhurlarda narkotik izləri çıxdı - ADLAR

Ötən həftə türkiyəli məşhurlardan götürülən tibbi analizlərin nəticələri açıqlanıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Nəticələrə əsasən, Dilan Polat, Derin Dalu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın orqanizmində narkotik maddə izlərinə rastlanıb. Onlardan bəzilərinin saçında kokain, digərlərinin qanında isə THC-COOH adlı maddə müəyyən edilib. Məlumata görə, Engin Polat, İrem Derici, Feyza Altun və Ziynet Salinin qanında yalnız həkim resepti ilə istifadə edilən dərmanların təsiri aşkarlanıb. Orqanizmində hər hansı narkotik maddə tapılmayan məşhurlar arasında Hadise, Demet Evgar, Duyğu Özaslan, Zeynəb Aral, Ceren Moray, Özge Özpirinçci və Mert Yazıcıoğlu yer alıb. Xatırladaq ki, İstanbulda ötən həftə məşhur simalarla bağlı narkotik əməliyyatına başlanılıb. Əməliyyatla bağlı istintaqın davam etdiyi bildirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













