Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - VİDEO

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib. Avtosfer.az xəbər verir ki, zəhərlənən tələbələr “Xəzər TV”yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar. “Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, - tələbələrdən biri bildirib.
Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib:
“Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.
Daha ətraflı sujetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












