Casusluqda təqsirli bilinən 4 nəfərə edam hökmü çıxarılıb

İranın Qərbi Azərbaycan əyalətinin məhkəməsi “İsrailn xeyirinə casusluqda” təqsirli bilinən dörd nəfər barəsində edam hökmü çıxarıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, məlumatı Qərbi Azərbaycan əyaləti məhkəmə orqanının ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Məlumata görə, onlar MOSSAD-la əməkdaşlıqda ittiham olunub.
Bildirilib ki, onlar iranlı fizik, alim Möhsün Fəzrizadə-Mahabadinin qətlində iştirak etməkdə də təqsirli biliniblər.
Qeyd edək ki, M.F. Mahabai 1961-ci ildə İranın Qum şəhərində anadan olub, 2020-ci il noyabrın 27-də Tehranda silahlı hücum nəticəsində qətlə yetirilib. Fəxrizadə İran İnqilab Keşikçiləri Qvardiyasının zabiti olub. Tehranda İmam Hüseyn Universitetində fizika tədris edib.
O, İran Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin baş elmi işçi və Fizika Araşdırma Mərkəzinin rəhbəri olub. Fəxrizadə ballistik raketlər üçün nüvə başlığının hazırlanması üzrə gizli “Aməd layihəsi”nə başçılıq edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












