Çatlamış divarlar, aşan ağaclar - Bakıda 90 uşağın getdiyi bağça TƏHLÜKƏDƏ - VİDEO

Çatlamış divarlar, aşan ağaclar, tez-tez daşan kanalizasiya sistemi...Sadalanan problemlər 90 uşağın əmanət edildiyi uşaq bağçasındandır.
Avtosfer.az xəbər verir ki, valideynlərin sözlərinə görə, paytaxtın Xətai rayonunda yerləşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası təxminən 1 ay əvvəl yağan intensiv yağışlardan sonra daha pis vəziyyətə düşüb.
Artıq vəziyyət o həddə çatıb ki, bağçanın işçiləri də binanın vəziyyətindən narahatdırlar.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirildi ki, binanın vəziyyətindən xəbərdardılar. Dəfələrlə əraziyə baxış keçirilib, İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib, su kanal idarəsinin əməkdaşları da suların çəkilməsi üçün əraziyə cəlb edilib.
Aşan ağaclarla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, sözügedən uşaq bağçasından müraciət daxil olmayıb. Müraciət olunduqda ağaclara yerində baxış keçirilərək müvafiq qərar qəbul ediləcək.
Şəhər Təhsil İdarəsindən isə qeyd olundu ki, Xətai rayonu Elman Məmmədov adına uşaq bağçası 1935-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bağçanın binası köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb. Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür.
Qarabağda bədbəxt hadisə: İki nəfər həyatını itirdi - FOTO
Metronun yaxınlığında əlbəyaxa dava: Qadın kişini döydü - VİDEO
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - FOTO - VİDEO
Bakıda dəhşət: 20 gün sonra toyu olacaq 17 yaşlı qız sığınacağa QAÇDI
Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: XƏSARƏTLƏRİ AĞIRDIR - VİDEO
Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı










