Banner

Bakıda iki azyaşlı bacı vəfat etdi - YENİLƏNİB

Hadisə 25 Noyabr 2026 15:30
Bakıda iki azyaşlı bacı vəfat etdi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. 

Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində  2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

***14:53
Bakıda iki azyaşlı bacı vəfat edib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

Yaxınları qızların tibbi yardım aldıqlarını və həkim səhlənkarlığından həyatlarını itirdiklərini iddia ediblər.

Oxunub : 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh