Banner

İsmayıllıda AĞIR QƏZA: Traktor ikiyə bölündü - VİDEO

Qəzalar 25 Noyabr 2026 18:11
İsmayıllıda AĞIR QƏZA: Traktor ikiyə bölündü - VİDEO
WhatsApp kanalımıza abunə olun

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün saat 00:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə İsmayıllı rayonu, Topçu kəndi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (2 qadın, 2 kişi) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sıyrılmış yaraları, döş qəfəsinin və sağ diz oynağının əziyi diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

***18:11
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yol kənarında dayanan traktora çırpılıb.

Toqquşma nəticəsində traktor iki yerə bölünüb. Hələlik xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

bax.tvhttps://bax.tv/embed/229239.html

 

 

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh