Banner

Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü

Hadisə 25 Noyabr 2026 17:24
Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü
WhatsApp kanalımıza abunə olun

Kürdəmirdə sürücülük hüququ olmayan kişi avtomobillə 7 yaşlı uşağı vuraraq öldürüb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində baş verib. Kürdəmirin Atakişili kənd sakini, 1991-ci il təvəllüdlü İqbal Quliyev tanışının adına rəsmiləşdirməklə VAZ-2106 markalı maşın alıb. Sürücülük hüququ olmayan İ.Quliyev həmin maşını bir qədər idarə etdikdən sonra evində viski içib və ailəsi ilə birgə qayınatasıgilə getmək qərarına gəlib. İqbal ailə üzvləri ilə bərabər həmin nəqliyyat vasitəsi ilə yola çıxıb. Rayonun Çöl-Ərəb kəndində idarəetməni itirib və yolu keçən 2019-cu il təvəllüdlü İdayət Hüseynlini vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. İşin istintaqı yekunlaşaraq, məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş tərəflə barışıq əldə olunub. Məhkəmənin hökmü ilə İ.Quliyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 5 il azadlıqdan məhrum edilib./oxu.az

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh