Cəbrayılda yük maşını minaya düşdü: xəsarət alan var

Goranboy sakini Cəbrayılda minaya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd edilir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib. Kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Nuruyev Raqib Səxavət oğlunun idarə etdiyi “Man” yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












