Cəlilabadda baş verən dəhşətli avtobus qəzasının VİDEOsu

Cəlilabadda qəzaya düşən şəxslərin son durumu açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Mətanət Dadaşovanın Oxu. Az-a verdiyi açıqlamaya görə, 10 qadın və bir uşaq təcili yardım şöbəsinə gətirilib. Onlardan iki nəfər 1960-cı il təvəllüdlü Səbiyə Kazımova və 1970-ci il təvəllüdlü Kəmalə Şükürova hadisə yerindəcə keçinib:
"Digər qadınlar isə müxtəlif bədən xəsarətləri alıblar. Onlara ilkin tibbi yardım göstərilib. İki qadın hazırda reanimasiyaya köçürülüb. Digərlərinin vəziyyəti orta ağırdır. 2019-cu il təvəllüdlü uşaqda isə burunqanaması olub və hazırda vəziyyəti yaxşıdır. Sürücü ciddi xəsarət almayıb. İlkin tibbi yardım göstərilib. Qadınların bir neçəsinə gips qoyulub".
***
11:20
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












